Yaquar

Yaquar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yaquar (lat. Panthera onca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.

Yaquar Qərb yarımkürəsinin panter cinsindən olan ən böyük və ən güclü nümayəndəsidir. Yaquarlar, bütün böyük yırtıcı pişiklər arasında ən güclü dişləməyə malikdirlər və onlar özlərindən 4 dəfə böyük heyvanları belə asanlıqla məhv edə bilirlər. Hətta Yaquar, Köpək Balığından belə daha güçlü dişləməyə sahibdir. Güclü çənələri və iti dişləri, yaquarlara qalın timsah dəriləri və hətta tısbağa qabıqlarını belə asanlıqla deşməyə imkan verir. Yaquarın dişləmə qüvvəsi 1500 PSI-dan çoxdur. Hansı ki, meşənin şahı sayılan Şirdə isə bu, Yaquardan 3 dəfə az, 650 PSI-dır. Yaquar hal-hazırda Meksikadan (bəzən ABŞ-nin cənub-qərbində də görülə bilər) Mərkəzi AmerikaaParaqvayın cənubu ilə Argentinanın şimalına qədər böyük bir ərazidə yayılmışdır.

Xallı pişik fiziki olaraq daha çox leoparda bənzəsə də daha güclü və əzələli quruluşu, davranışı və habitat xüsusiyyətləri ilə pələngə daha yaxındır. Seçdiyi habitat cəngəllik olsa da, meşəlik ərazidən açıq əraziyə qədər müxtəlif sahələrdə yaşayır. Ümumiyyətlə, su kənarlarında olurlar və pələng kimi üzməyi sevən pişiklərdəndirlər.

Yaquar, ümumiyyətlə, tək gəzən, ovunu izləyib pusquya salan bir ovçudur. Eyni zamanda ekosistemi tarazlıqda saxlamaq və öz şikarlarının sayını idarə altında tutmaq mövzusunda əhəmiyyətli rol oynayan ovçudur.

Qüvvətli çənəsi sayəsində zirehli sürünənlərin qabıqlarını deşə və məməlilər arasında çox yayılmamış olan öldürmə üsulllarından birini istifadə edə bilir. Kəlləni iki qulağın arasından dişləyərək beyinə ölümcül zərbə endirir.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search